ABŞ 30 ildən sonra ilk dəfə "Patriot" raketləri sifariş edib
ABŞ Ordusu təxminən 30 ildən sonra ilk dəfə "PAC-2 GEM-T Patriot" raketlərinin yeni partiyasını sifariş edib. Qərarın hava hücumundan müdafiə sursatı ehtiyatlarının azalması ilə əlaqədar verildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Defense News" bu barədə məlumat yayıb.
Məlumata görə, "PAC-2 GEM-T Patriot" raketləri daha müasir "PAC-3" raketləri ilə müqayisədə köhnə və məhdud imkanlara malikdir. Buna baxmayaraq, ABŞ Ordusu mövcud ehtiyatların azalması fonunda bütün mövcud variantlardan istifadə etməyə çalışır.
Məlumatda qeyd olunur ki, ABŞ-nin İrana qarşı əməliyyatlar zamanı təxminən 1 060–1 430 ədəd "Patriot" raketindən istifadə etdiyi bildirilir. Bu isə sursat ehtiyatlarının bərpasını prioritet məsələyə çevirib.
Bundan əlavə, Ukrayna, İsrail və Körfəz ölkələrinin "Patriot" sistemlərinə yüksək tələbatı istehsal prosesinə əlavə yük yaradır.
ABŞ Prezidenti Donald Tramp isə sursat ehtiyatlarının bərpası məqsədilə əlavə 67,1 milyard ABŞ dolları vəsait ayrılmasını təklif edib.
10:26 24.07.2026
Oxunuş sayı: 38