ABŞ Yaxın Şərqə hərbi hava körpüsünü yenidən aktivləşdirib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla hərbi-nəqliyyat təyyarəsi Avropadakı bazalardan Yaxın Şərq istiqamətində uçuşlara başlayıb. Bununla Vaşinqton regiona hərbi yüklərin daşınması üçün hava körpüsünü yenidən aktivləşdirib.
Crossmedia.az xəbər verir ki, "The Aviationist" bu barədə məlumat yayıb.
Məlumata görə, söhbət əsasən "C-17 Globemaster III" və digər ağır yük təyyarələrindən gedir. Təyyarələr Avropadakı hərbi bazalardan Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə şəxsi heyət, texnika və hərbi yüklər daşıyır.
Bildirilir ki, bu hava körpüsü iyun ayında İranla əldə olunmuş atəşkəsdən sonra dayandırılmışdı. Lakin iyulun əvvəlində atəşkəsin pozulmasının ardından ABŞ regiona hərbi daşımaları yenidən tam həcmdə bərpa edib.
10:03 24.07.2026
Oxunuş sayı: 36