Aİ Gürcüstandakı neft emalı zavodunu Rusiyaya görə sanksiya siyahısına saldı
Avropa İttifaqı Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketi çərçivəsində Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodunu qara siyahıya daxil edib.
Crossmedia.az xəbər verir ki, "Avropa İttifaqının Rəsmi Jurnalı" bu barədə məlumat yayıb.
Sənəddə bildirilir ki, Kulevi limanındakı neft emalı zavodu Rusiya neftinin ticarəti və emalı ilə məşğul olur. Aİ hesab edir ki, bu fəaliyyət Rusiyaya qarşı tətbiq olunan sanksiyaların dolanılmasına kömək edir.
Qeyd olunub ki, müəssisəyə qarşı tətbiq edilən məhdudiyyətlər 2027-ci il yanvarın 25-dən qüvvəyə minəcək.
09:53 24.07.2026
Oxunuş sayı: 41