İsrail İranın hərbi infrastrukturu sürətlə bərpa etməsindən narahatdır
İran ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş hərbi infrastrukturu gözləniləndən daha sürətlə bərpa edir. Bu isə İsraildə ciddi narahatlıq doğurur.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə məlumat yayıb.
Nəşrin İsrail və Qərb rəsmilərinə, eləcə də peyk görüntülərinə istinadən verdiyi məlumata görə, Tehran artıq raket bazalarının, körpülərin, limanların və hərbi sənaye müəssisələrinin bərpasına başlayıb.
Məlumatda bildirilir ki, İsrail rəsmilərindən biri üç aviasiya bombası ilə dağıdılmış körpünün cəmi bir neçə gün ərzində təmir edildiyini etiraf edib.
"The Wall Street Journal" qeyd edir ki, bərpa işlərinin bu qədər sürətlə aparılması İsraildə narahatlığı artırır və hərbi əməliyyatın İrana sarsıdıcı zərbə vurduğu barədə əvvəlki iddiaları şübhə altına alır.
09:47 24.07.2026
Oxunuş sayı: 39