Sankt-Peterburq yaxınlığında dron hücumu: üç nəfər yaralanıb
Sankt-Peterburq yaxınlığında yerləşən Wildberries anbarına pilotsuz uçuş aparatının hücumu nəticəsində üç nəfər xəsarət alıb, ərazidə güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, daha bir pilotsuz uçuş aparatı Leninqrad vilayətinin Sinyavino qəsəbəsində yerləşən quşçuluq fabrikinin anbarını hədəfə alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya rəsmiləri hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildiriblər. Yanğının söndürülməsi və hadisələrin təfərrüatları ilə bağlı araşdırma aparılır.
09:38 24.07.2026
Oxunuş sayı: 44