Rusiyanın iri yanacaqdoldurma şəbəkəsi müflisləşmə təhlükəsi ilə üzləşib
Rusiyanın "EvroTrans" yanacaqdoldurma məntəqələri şəbəkəsinin operatoru barəsində iflas proseduruna başlanılması üçün məhkəməyə müraciət edilə bilər.
Crossmedia.az xəbər verir ki, "Fedresurs" bu barədə məlumat yayıb.
Məlumata görə, "Rossiya" Bankı "EvroTrans" ASC-nin müflis elan olunması tələbi ilə arbitraj məhkəməsinə müraciət etmək niyyətindədir. Bununla bağlı müvafiq bildiriş "Fedresurs" portalında dərc olunub.
Bildirişdə "Rossiya" Bankı kreditor, "EvroTrans" isə borclu tərəf kimi göstərilib. Hazırda söhbət yalnız məhkəməyə müraciət etmək niyyətinin rəsmi şəkildə açıqlanmasından gedir və şirkət hələ məhkəmə qərarı ilə müflis elan edilməyib.
09:24 24.07.2026
Oxunuş sayı: 43