ABŞ İranın bir sıra şəhərlərinə zərbələr endirib
ABŞ İranın müxtəlif şəhərlərinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, "Press TV", "IRIB" bu barədə məlumat yayıb.
İlkin məlumata görə, Əhvaz şəhərində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
"Press TV"-nin Xuzistan əyalətinin qubernatoruna istinadən yaydığı məlumata görə, ABŞ-ın İranın Əhvaz şəhərinə endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
"IRIB" isə bildirir ki, Bəndər-Abbas şəhərinə endirilən zərbə nəticəsində 2 nəfər xəsarət alıb.
Bundan başqa, Firuzabad, Təft, Xorrəmabad, Cəsk, Omidiyyə, Əndimeşk şəhərlərində, Həndab rayonunda, Bəndər-Abbas limanında və Keşm adasında da partlayışların baş verdiyi bildirilir.
Həmin bölgələrdə baş verən zərbələr nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
09:19 24.07.2026
Oxunuş sayı: 61