Dünya mediası Google-a qarşı məzmununu geri çəkməyi müzakirə edir
Google-un süni intellekt əsaslı axtarış sistemi dünyanın aparıcı media qurumları ilə münasibətlərdə yeni gərginlik yaradıb.
Crossmedia.az xəbər verir ki, "Haber Global"a istinadən reuters, Politico, USA Today, Reddit, The Economist və People kimi nüfuzlu nəşrlər Google-un süni intellekt sistemlərinə məzmun təqdim etməyi dayandırmaq imkanını müzakirə edir. Buna səbəb istifadəçilərin xəbərləri oxumaq əvəzinə Google-un hazırladığı süni intellekt xülasələri ilə kifayətlənməsidir.
Məlumata görə, Google-un AI Overviews və AI Mode funksiyalarının istifadəyə verilməsindən sonra xəbər saytlarının trafikində ciddi azalma qeydə alınıb. Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsinin (CMA) qərarından sonra isə Google nəşrlərə məzmunlarının süni intellekt xülasələrində istifadəsini məhdudlaşdırmaq, eyni zamanda klassik axtarış nəticələrində görünmək imkanı verəcəyini açıqlayıb. Media qurumları yeni dövrdə süni intellekt şirkətlərindən məzmun istifadəsinə görə müəllif hüquqları ödənişinin tətbiqini də gündəmə gətirirlər.
05:02 24.07.2026
Oxunuş sayı: 75