İqlim dəyişikliyi hər il orta hesabla 7 gecə yuxu itkisinin səbəbi olur
İqlim dəyişikliyi nəticəsində gecə temperaturunun artması insanların yuxu müddətini əhəmiyyətli dərəcədə azaldır.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, Climate Central təşkilatının 1338 şəhəri əhatə edən araşdırmasına görə, dünyada insanlar yüksək gecə temperaturu səbəbindən ildə orta hesabla 56 saat, yəni təxminən 7 gecə az yatır. Bu itkinin 6 saatdan çoxunun birbaşa insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqəli olduğu bildirilir.
Məlumata görə, Türkiyədə 2020–2025-ci illərdə bir nəfər yüksək gecə temperaturu səbəbindən ildə orta hesabla 35 saat yuxu itirib. İqlim dəyişikliyinin yuxuya ən çox təsir etdiyi şəhər isə Adana olub. Araşdırmada qeyd olunur ki, gecə temperaturunun yüksəlməsi yuxuya getməyi çətinləşdirir, yuxunun müddətini azaldır və keyfiyyətini aşağı salır.
04:00 24.07.2026
Oxunuş sayı: 98