İran prezidenti BRICS sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian sentyabr ayında Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Məsud Pezeşkianın sammitdə iştirakı təsdiqlənib.
BRİKS-in 18-ci sammiti 2026-cı il sentyabrın 12–13-də Yeni Dehlidə keçiriləcək. Bu il təşkilata Hindistan sədrlik edir.
Məlumata görə, sammitin əsas mövzusu "Davamlılığın, innovasiyaların, əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsi" olacaq.
16:21 18.07.2026
Oxunuş sayı: 69