Səhiyyə

2024-cü İldə 772 endoprotez əməliyyatı icra edilib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, cari ildə Respublika Klinik Xəstəxanası, Yeni Klinika, Nizami Tibb Mərkəzi, Quba, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanalarında endoprotezləşdirmə əməliyyatları uğurla icra edilib.

Hazırda bu müəssisələrlə yanaşı, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Qusar, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanalarında mürəkkəb travmatoloji və endoprotezləşdirmə əməliyyatları aparılır.

2024-cü ilin 11 ayında ümumilikdə 772 endoprotez əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar pasiyentlərin həyat keyfiyyətini artırmaqda mühüm rol oynayıb.

Maral Şahverdili

08:36 23.12.2024

Oxunuş sayı: 5576

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR