"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb
Azərbaycanın “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ilk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını 3:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, Bakı təmsilçisi qarşılaşmada inamlı oyun nümayiş etdirərək rəqib qapısından üç cavabsız top keçirib.
Bu nəticə ilə “Zirə” turnirin növbəti mərhələsinə vəsiqə qazanmaq yolunda mühüm üstünlük əldə edib.
22:01 08.07.2026
Oxunuş sayı: 68