Polşa Budanovun iddialarını rədd etdi
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovun iki ölkə arasında yeni eskalasiya ilə bağlı səsləndirdiyi fikirləri əsassız adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşa rəsmisi açıqlama verib.
Bartoş Qrodetski Budanovun bəyanatını "məsuliyyətsiz" adlandıraraq bildirib ki, bu cür açıqlamalar Polşa-Ukrayna münasibətlərinin pisləşməsinə görə məsuliyyəti Varşavanın üzərinə qoymaq cəhdidir.
O vurğulayıb ki, Polşa Ukrayna ilə münasibətlərini Stepan Bandera mövzusu üzərində qurmaq niyyətində deyil.
"Əgər Ukraynanın başqa qəhrəmanları yoxdursa və o, öz milli mifini bunun üzərində qurmaq istəyirsə, bu, strateji səhvdir. Bu mövqeyimizi Budanova da çatdırmışıq, Prezident Volodimir Zelenski də bundan xəbərdardır", – deyə Qrodetski bildirib.
16:46 08.07.2026
Oxunuş sayı: 47