Ermənistan Azərbaycanın nüvə silahına malik dostu ilə "buzları əridir" - Məqsəd açıqlandı
Azərbaycanla siyasətdəki ciddi problemlər səbəbindən Pakistan Ermənistanı diplomatik olaraq cəzalandırmış, müstəqilliyini elan etdiyi gündən onu bir dövlət olaraq tanımamışdır. Bu günlərdə isə Ermənistanın Pakistana səfir təyin etməsi aradakı buzların əridiyini göstərsə də, məsələnin mahiyyəti Azərbaycanın "xeyir-duası"nda gizlidir. Diplomatik xronologiyaya baxdıqda biz müşahidə edə bilərik ki, Pakistanın yumşalma addım Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı mülayim yanaşmalarından sonra oldu.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində aparılan danışıqlar və atılan diplomatik addımlar, regionun gələcək arxitekturasını müəyyən edən əsas amillərdəndir. Bu kontekstdə, tərəflərin qarşılıqlı güzəştlərinin hüdudları, regional müttəfiqlərin xarici siyasət kursu və potensial risklərin idarə olunması xüsusi aktuallıq kəsb edir. Prosesin gedişatını analitik süzgəcdən keçirdikdə, sülh gündəliyinin uğuru həm də tarixi təcrübəyə, mövcud hərbi-iqtisadi balansın qorunmasına və gələcəkdə yarana biləcək geosiyasi dəyişikliklərə qarşı təmkinli strateji yanaşmanın tətbiq edilməsinə əsaslanır.

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib.
"Hər zaman erməni xislətini tanıyan və buna inanan biriyəm. Ermənilərin heç vaxt düzəlməyəcəyinə, onların ancaq öz maraqları və hiyləgərlikləri üzərində siyasət yeridən bir xalq olduğuna əminəm. Ona görə də düşünürəm ki, Azərbaycanla Ermənistan arasındakı mümkün sülh gündəliyinin və ya sülh danışıqlarının uğurla nəticələnməsi üçün Azərbaycan lazımından çox güzəştə gedir.
Əminəm ki, Pakistan-Ermənistan arasındakı yaxınlaşma da Azərbaycanın razılığı ilə baş tutub. Yəni, əgər Azərbaycan bu məsələyə müsbət rəy verməsəydi, Pakistan yenə də Ermənistanla münasibətlərini minimal səviyyədə saxlayacaqdı. Düşünürəm ki, biz çox güzəşt edirik. Ermənilər bu güzəştləri düzgün qiymətləndirməyəcəklər və mövqeləri möhkəmlənəndən sonra, beynəlxalq güclərin əlində bir alətə çevrilərək Azərbaycana və Türkiyəyə qarşı yenidən ərazi iddiaları irəli sürəcəklər. O baxımdan, hər zaman Ermənistanla təmkinli, ehtiyatlı və məsafəli davranılmasının tərəfdarıyam.
Ona görə də Azərbaycan əlindəki bütün "kozırları" verməməlidir. Ermənistan hələ ki zəifdir və bu zəif anında atdığı addımlar beynəlxalq aləmdə ciddi qəbul olunmamalıdır. Çünki bunlar məcburiyyətdən verilmiş qərarlardır. Ermənistan öz iqtisadiyyatını bir az bərpa edib yüksəldəndən və ordusunu ayağa qaldırandan sonra onun rəftarı tamamilə dəyişəcək.
Atalarımızın dediyi kimi, köpəklə dostluq et, amma kötəyi əlindən yerə qoyma. Ermənistana qarşı siyasət məhz belə olmalıdır".
Turqut Ansari
10:30 08.07.2026
Oxunuş sayı: 73