Paşinyan Tehranda Pezeşkianla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Məlumata görə, tərəflər əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.
Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vaan Kostanyan da daxil olub.
Görüşdə müzakirə olunan məsələlərin məzmunu ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
14:30 03.07.2026
Oxunuş sayı: 60