İsrail KİV-i: Azərbaycan regionda İsrailin ən etibarlı tərəfdaşlarından biridir
Azərbaycan İsrailin ən yaxın müttəfiqlərindən biridir və 7 oktyabr hadisələrindən sonra regionda etibarlı tərəfdaş kimi çıxış edib.
Crossmedia.az xəbər verir ki, İsrail mətbuatı bu barədə məlumat yayıb.
Məlumata görə, nəşrdə Azərbaycanın 7 oktyabr hadisələrindən bəri bütün regionda sabit və etibarlı tərəfdaş kimi özünü təsdiqlədiyi qeyd olunub.
Nəşrdə həmçinin vurğulanıb ki, İsrail Azərbaycandakı ictimai rəyi nəzərə almalı və Türkiyə ilə münasibətlərdə yaranan gərginlik səbəbindən Bakı ilə əlaqələrini risk altına atmamalıdır.
Məqalədə bu yanaşmanın İsrailin regional maraqları baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
10:18 03.07.2026
Oxunuş sayı: 43