Ermənistanda hakim partiyanın parlament fraksiyasına yeni rəhbər seçilib
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasına Arusyak Manavazyan rəhbər təyin olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, onun namizədliyi partiyanın idarə heyəti tərəfindən təsdiqlənib.
Fraksiyanın əvvəlki rəhbəri Ayk Koncoryan daha əvvəl Ermənistan parlamenti sədrinin müavini vəzifəsinə namizəd irəli sürülmüşdü.
Hazırda “Vətəndaş Müqaviləsi” Partiyasında maliyyə məsələlərinə cavabdeh olan Manavazyanın Baş nazir Nikol Paşinyanın partiya daxilində etibarlı şəxslərindən biri olduğu bildirilir.
00:04 03.07.2026
Oxunuş sayı: 56