Bəqai: Qalibafın Bakıya səfəri uğurlu keçib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana son səfəri uğurlu keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
"Bu, beynəlxalq sammitdə iştirak etmək üçün çoxtərəfli səfər idi və hesab edirəm ki, o, uğurlu keçib", - İ.Bəqai bildirib.
Onun sözlərinə görə, İran üçün ölkənin mövqeyini izah etmək və digər dövlətlərlə münasibətləri möhkəmləndirmək məqsədilə parlament diplomatiyasının imkanlarından istifadə etmək son dərəcə vacibdir.
Qeyd edək ki, Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edib.
13:11 02.07.2026
Oxunuş sayı: 36