İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı fəal dialoq qurub
Azərbaycan və Avropa İttifaqı (Aİ) fəal dialoq qurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Aİ Azərbaycanın əsas tərəfdaşlarından biridir.
İlham Əliyev həmçinin vurğulayıb ki, tərəflər bu gün ikitərəfli gündəliyin əsas məsələlərini müzakirə ediblər.
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük əhəmiyyət veririk", - dövlət başçısı qeyd edib.
19:32 01.07.2026
Oxunuş sayı: 42