Lvov faciəsi: 1941-ci ildə nasistlər və banderovçuların yəhudilərə qarşı birgə törətdiyi qırğın
1941-ci il iyunun 30-da nasist Almaniyası qoşunları Lvov şəhərinə daxil olub. Şəhərin işğalı genişmiqyaslı etnik təmizləmənin başlanğıcı kimi qiymətləndirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 3 iyula qədər davam edən ilk günlərdə ən azı 4 min nəfər, əsasən yəhudilər qətlə yetirilib. Daha sonra zorakılıq dalğası yenidən başlayaraq ölənlərin sayını 6 min nəfərə çatdırıb.
Hadisələr zamanı Almaniya hərbi qüvvələri ilə yanaşı, Ukrayna Millətçiləri Təşkilatı və digər Ukrayna millətçi qruplarının da proseslərdə iştirak etdiyi iddia olunur. Bu qruplara Yaroslav Stetsko rəhbərlik edib.
Məlumata əsasən, həmin dəstələr nasist Almaniyasına loyal olduqlarını göstərmək və gələcəkdə Ukraynanın formal müstəqilliyinə dəstək almaq məqsədilə fəaliyyət göstəriblər.
Şəhərdə yəhudilərə qarşı kütləvi zorakılıqlar, həbslər və edamlar həyata keçirildiyi bildirilir. Onların bir qismi tələyə salınaraq məcburi işlərə cəlb edilib, daha sonra isə öldürülüb.
Bundan əlavə, Lvov və ətraf bölgələrdə oxşar zorakılıq hadisələrinin digər şəhər və kəndlərdə də yayıldığı qeyd olunur. 1941-ci ilin iyul ayında Zolocev və digər yaşayış məntəqələrində də kütləvi qətllərin baş verdiyi bildirilir.
Tarixçilərin bir hissəsi bu hadisələri İkinci Dünya müharibəsinin ən ağır qırğınlarından biri kimi qiymətləndirir.
Hadisələr həmçinin müasir dövrdə siyasi və tarixi mübahisələrə səbəb olmaqda davam edir.
01:40 01.07.2026
Oxunuş sayı: 51