İran–Livan münasibətlərində soyuqluq siqnalı: səfər təxirə salındı
İranın xarici işlər naziri Abbas Əraqçının planlaşdırılan Livan səfəri ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Livanın “Əl-Modon” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Əraqçının səfər çərçivəsində Livan Prezidenti Cozef Aun ilə görüşü nəzərdə tutulmuşdu, lakin səfər gözlənilmədən təxirə salınıb. Qərarın rəsmi səbəbi açıqlanmayıb.
Bildirilib ki, səfərin ləğvi ötən həftə İsrail və Livan arasında imzalanan çərçivə sazişindən sonra Tehran–Beyrut münasibətlərində yaranan soyuqluqla əlaqələndirilə bilər. Mənbələr isə qeyd edirlər ki, bu addım İranın həmin sazişə dəstək verməsi kimi qiymətləndirilməməlidir.
22:40 30.06.2026
Oxunuş sayı: 51