Rusiyanın yeni hücum planı hazırladığı iddia olunur
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “ТСН”-ə verdiyi müsahibədə bildirib ki, Rusiya Çerniqov vilayətinə mümkün hücum hazırlaya bilər və Ukrayna bu ssenariyə qarşı hazırlaşır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya rəhbərliyi Baş Qərargaha müxtəlif hücum variantlarının hesablanması barədə tapşırıq verib. Bu planlara Belarus ərazisindən mümkün əməliyyatlar da daxildir.
Sırski qeyd edib ki, Ukrayna tərəfi bütün ehtimal olunan ssenarilərə uyğun şəkildə müdafiə hazırlığını gücləndirir.
21:40 30.06.2026
Oxunuş sayı: 55