Qaz böhranı yaxınlaşır? - Ermənistan–Rusiya münasibətləri risk altındadır
Ermənistanın əsas üstünlüklərindən biri olan təbii qazın aşağı qiyməti ölkənin Rusiya ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda zəifləyə bilər.
Crossmedia.az xəbər verir ki, Luyis fondunun təhlilinə əsasən, münasibətlərin daha da gərginləşməsi bu üstünlüyün itirilməsinə səbəb ola bilər və Ermənistanın enerji sektorunda əlavə risklər yarada bilər.
Hesabatda həmçinin vurğulanır ki, dayanıqlı enerji transformasiyasına nail olmaq üçün investisiya mühitinin yaxşılaşdırılması, infrastrukturun modernləşdirilməsi, innovasiyaların təşviqi və insan kapitalının inkişafı vacib şərtlərdir.
Mütəxəssislərin fikrincə, bu addımlar olmadan enerji sektorunda uzunmüddətli inkişafın təmin edilməsi mümkün deyil.
21:16 30.06.2026
Oxunuş sayı: 58