Polşa: Ukrayna bəzi tarixi fiqurlara münasibəti dəyişmədən Aİ-yə daxil ola bilməz
Polşanın müdafiə naziri Władysław Kosiniak-Kamysz bildirib ki, Ukrayna bəzi tarixi fiqurlara münasibətini dəyişmədən Avropa İttifaqına üzv ola bilməz.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Polşa Kiyevdən ukraynalı millətçi hərəkatın liderlərinin “şərəfləndirilməsindən imtina etməsini” tələb edən sərt mövqe tutacaq.
O qeyd edib ki, Avropa əməkdaşlığını zədələyən şəxslərin “panteona daxil edilməsi” qəbulolunmazdır və bu, regional münasibətlərə mənfi təsir göstərir.
Kosiniak-Kamış əlavə edib ki, heç bir ölkə Polşaya hansı dövlətin Avropa İttifaqına qəbuluna necə səs verəcəyini diktə edə bilməz.
Məsələ Avropa İttifaqının genişlənməsi və Ukraynanın üzvlük perspektivi ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə gündəmə gəlib.
16:39 30.06.2026
Oxunuş sayı: 42