ABŞ-nin Bakıdakı səfiri postuna namizədin “Palantir” şirkəti ilə əlaqəsi diqqət çəkib
ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd kimi adı çəkilən Alexander Aldenin müdafiə sənayesi nəhəngi Palantir Technologies ilə əlaqələri gündəmə gəlib.
Crossmedia.az Minval saytına istinadən xəbər verir ki, Alden şirkətdə işləyir və onun Palantir səhmlərinin dəyəri 25 milyon dollara qədər qiymətləndirilir.
Bildirilir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump tərəfindən irəli sürülən namizəd təsdiqlənəcəyi təqdirdə şirkətdəki səhmlərini satacağını, Palantirdən ayrılacağını və etik qaydalar çərçivəsində tələb olunan bütün öhdəlikləri yerinə yetirəcəyini vəd edib.
Məlumata əsasən, Palantir son bir ildə ABŞ hökuməti ilə bağladığı müqavilələrdən təxminən 1 milyard dollar gəlir əldə edib. Bu müqavilələrə, o cümlədən, ABŞ İmmiqrasiya və Gömrük Xidməti U.S. Immigration and Customs Enforcement ilə əməkdaşlıq da daxildir.
Şirkətin həmçinin ABŞ hərbçiləri üçün hazırlanmış “Maven Smart Systems” adlı süni intellekt platforması üzərində işlədiyi və bu sistemin İranla bağlı hərbi əməliyyatların ilk mərhələlərində istifadə edildiyi iddia olunur.
Məsələ ilə bağlı rəsmi təsdiqlər və əlavə detallara dair araşdırmalar davam edir.
15:56 30.06.2026
Oxunuş sayı: 54