Çin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib
Çin Xarici İşlər Nazirliyi ölkəsinin Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və müharibənin ən qısa zamanda başa çatdırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nazirlik açıqlama yayıb
Açıqlamada bildirilib ki, davamlı sülhün əldə olunması BMT Nizamnaməsinin prinsipləri əsasında mümkün olmalıdır.
Rəsmi Pekin tərəfləri münaqişənin siyasi və diplomatik yollarla həllinə çağıraraq, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini qeyd edib.
14:34 30.06.2026
Oxunuş sayı: 54