Rusiyada benzin qıtlığı taksi böhranı yaradıb
Rusiyada benzin çatışmazlığı səbəbindən taksi sektorunda sürücülərin sayı azalır.
Crossmedia.az xəbər verir ki, "Kommersant" nəşrinin bazar iştirakçılarına istinadən yaydığı məlumata görə, yanacaq qıtlığı fonunda taksi sürücülərinin sektoru tərk etmə sürəti 20 faiz artıb.
Taksi şirkətlərindən birinin rəhbərinin sözlərinə görə, sürücülər uyğun yanacaqdoldurma məntəqələri axtarmağa daha çox vaxt sərf edir ki, bu da sifarişlərin yerinə yetirilməsinin səmərəliliyini aşağı salır.
Məlumata əsasən, bəzi sürücülər yanacağın tükənməsi riskinə görə uzun marşrutlu və şəhər mərkəzinə edilən sifarişləri qəbul etməkdən də imtina edirlər.
14:05 30.06.2026
Oxunuş sayı: 44