Ukrayna Rusiyanın strateji kosmik rabitə obyektini vurdu
Rusiyanın Moskva vilayətində yerləşən “Dubna” Kosmik Rabitə Mərkəzinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, monitorinq aparan Supernova Telegram kanalı Moskva vilayəti üzərində pilotsuz uçuş aparatlarının hərəkətini əks etdirən görüntülər yayıb. Məlumata görə, PUA-lar Moskva istiqamətində hərəkət edib.
OSINT mənbələri isə Dubna şəhərində yerləşən Kosmik Rabitə Mərkəzinə zərbələrin endirildiyini iddia edir. Daha sonra yayımlanan peyk görüntülərinin hücum faktını təsdiqlədiyi bildirilir.
Qeyd edək ki, “Dubna” Kosmik Rabitə Mərkəzi Rusiyanın ən böyük kosmik rabitə stansiyası hesab olunur. Mərkəz 1980-ci illərdə ABŞ, Böyük Britaniya və Braziliya ilə beynəlxalq peyk telefon kanallarının, həmçinin Rusiya rəhbərliyi ilə ABŞ, Fransa və Böyük Britaniya liderləri arasında hökumət rabitəsinin təşkilində istifadə olunub.
13:45 30.06.2026
Oxunuş sayı: 43