Polşa Ukraynaya MiQ-29 təyyarələri verməyəcək
Polşa Ukraynaya MiQ-29 təyyarələri verməyəcəyini açıqlayıb.
Bu barədə Crossmedia.az RİA Novosti agentliyinə istinadən xəbər verir.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Ukrayna pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının ötürülməsi ilə bağlı təklif olunan razılaşmadan imtina etdiyinə görə Varşava Kiyevə MiQ-29 qırıcılarını verməyəcək.
Nazirin sözlərinə görə, Polşa tərəfi Ukraynaya MiQ-29 təyyarələrinin verilməsi müqabilində PUA texnologiyalarının paylaşılmasını təklif edib. O bildirib ki, Kiyev əvvəlcə bu təklifi qəbul etsə də, sonradan qərarını dəyişərək razılaşmadan imtina edib.
Kosinyak-Kamış qeyd edib ki, bu səbəbdən Polşa sözügedən hərbi yardımın göstərilməsindən imtina edib.
12:23 30.06.2026
Oxunuş sayı: 53