Emin Əmrullayev sertifikatlaşdırmadan keçən müəllimlərin sayını açıqladı
Son 5 ildə 104435 nəfər müəllim sertifikatlaşdırmadan keçib.
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə
elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, 104435 müəllimdən 60818 nəfər müəllimin əməkhaqqısına 10 faiz, 30590 nəfərə 35 faiz əlavə edilib. Hər iki cəhddə uğur qazana bilməyən müəllimlərin əmək müqaviləsinə isə xitam verilib.
Ayhan
10:13 30.06.2026
Oxunuş sayı: 54