Bir qrup alim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib
Türk ölkələrindən olan bir qrup mədəni-ictimai xadim "Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)" xatirə nişanı ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki , təltifermə mərasimi Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub.
Mükafatçılar sırasında akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Əl-Fərabi adına Qazax Milli Universitetinin hazırkı rektoru Janseit Tuymebayev, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs, Türk Dil Qurumunun prezidenti Osman Mert, Türkmənistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun elmi katibi Kakajan və başqaları olub.
16:27 29.06.2026
Oxunuş sayı: 51