Rusiyada sinaqoqa qarşı terror cəhdinin qarşısı alındı
Rusiyanın Yaroslavl şəhərində sinaqoqun yandırılmasına cəhdin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, Yaroslavlda sinaqoqu yandırmağı planlaşdıran beynəlxalq terror təşkilatının tərəfdarı saxlanılıb.
Bildirilib ki, şübhəli şəxs hücumu həyata keçirdikdən sonra Suriyaya getməyi planlaşdırırmış.
15:00 29.06.2026
Oxunuş sayı: 54