Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "AnewZ" telekanalı məlumat yayıb.
Məlumata görə, səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq və bu, onun 2022-ci ilin iyul ayından bəri Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, səfər çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, enerji sahəsində əməkdaşlıq, eləcə də regionda baş verən proseslər müzakirə olunacaq.
12:41 26.06.2026
Oxunuş sayı: 77