Türkiyə MN: Azərbaycanla tək yumruq olmağa davam edəcəyik
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbayan Silahlı Qüvvələrini təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə təbrik edirik!
Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz yorulmadan xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik!"
12:20 26.06.2026
Oxunuş sayı: 50