Aİ: Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləməyə davam edəcəyik
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın paytaxtı Bakıda keçirdiyi görüşlərdə regional proseslər və Azərbaycan-Ermənistan sülh müzakirələrinin əsas mövzulardan biri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Oşp, "X" sosial şəbəkəsində paylaşım edərək Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə məhsuldar müzakirələr apardığını qeyd edib.
Maqdalena Qrono bildirib ki, görüşlərdə Avropa İttifaqı–Azərbaycan münasibətləri, nəqliyyat-logistika imkanları, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də Avropa İttifaqının Azərbaycan və Ermənistana planlaşdırılan yüksək səviyyəli səfərləri müzakirə olunub.
O vurğulayıb ki, tərəflər Azərbaycan və Ermənistan arasında davamlı sülhə aparan yolda əldə olunan tarixi nailiyyətlərin yaratdığı müsbət dinamikanın qorunmasının vacibliyi ilə razılaşıblar.
"Avropa İttifaqı bu prosesi dəstəkləməyə davam edəcək", – deyə Maqdalena Qrono bildirib.
11:53 26.06.2026
Oxunuş sayı: 48