Bu küçədə təmir işləri aparılacaq - Sürücülərin diqqətinə
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsinin bir hissəsində təmir işlərinə başlanılacaq.
Crossmedia.az xəbər verir, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidməti məlumat yayıb.
Agentliyin Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq.
09:20 26.06.2026
Oxunuş sayı: 66