ƏHALİYƏ XƏBƏRDARLIQ: kart əməliyyatlarında çətinlik yaranıb
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Expressbank" ASC-lərin kart əməliyyatlarında texniki problem yaranb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!", - ABB-nin məlumatında qeyd olunub.
ABB-dən Crossmedia.az-a bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.
"Expressbank"ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.
16:33 24.06.2026
Oxunuş sayı: 50