Elm və təhsil

Bəhruz Əzimov: ”Təhsil Tələbə Krediti Fondu 6500 məzuna dəstək verib”

Təhsil Tələbə Krediti Fondunun (TTKF) hesabatına əsasən, təqdim olunan güzəştlər ölkədə təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayıb. Fondun maliyyə dəstəyindən yararlanan 6.500-dən çox məzun artıq kiçik məbləğlərlə kreditlərin geri ödənişinə başlayıb.

Bununla yanaşı, yüksək təhsil göstəricilərinə malik tələbələr üçün əlavə təşviqlər nəzərdə tutulub. Bu çərçivədə tələbələrə ümumilikdə 444 min manat məbləğində güzəştlər tətbiq edilib. Fondun bu təşəbbüsü tələbələri akademik uğurlara daha çox təşviq etməklə təhsilin ümumi səviyyəsinə müsbət təsir göstərib.

TTKF, təhsil tələbə kreditləri ilə yalnız maliyyə dəstəyi deyil, eyni zamanda təhsil imkanlarının genişləndirilməsi və akademik göstəricilərin yaxşılaşdırılmasına da xidmət edir.


Maral Şahverdili

07:13 20.12.2024

Oxunuş sayı: 5945

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR