Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır
Çadın iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin öz ölkələrində tətbiqinə maraqlı olduğu vurğulanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Agentliyin sədrinin müavini Ceyhun Salmanov qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat da edilib.
Qarşı tərəf Azərbaycanın "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib.
Qonaqlar "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin,"ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti fəaliyyəti ilə də tanış olublar.
10:01 19.06.2026
Oxunuş sayı: 49