Güclü külək və yağış Göygöldə fəsadlar törədib
Qərb zonasında gecə saatlarında yağan intensinv yağış Göygöl rayonunda da bir sıra fəsadlar törədib.
Ceossmedia.az xəbər verir ki, Göygöl şəhərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində şəhərin bəzi ərazilərində ağaclar aşıb. Aşab ağaclardan biri minik avtomobilinin, digəri isə evakuator maşınının üzərinə düşüb.
Həmçinin bir neçə fərdi yaşayış evlərinə su dolub, həyətlərində olan ağaclar aşıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.
11:57 11.06.2026
Oxunuş sayı: 44