EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 520 min barel səviyyəsində proqnozlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2027-ci il üçün neft hasilatı proqnozu qurumun may proqnozu ilə müqayisədə 20 min barel azdır.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 530 min barel olacağı gözlənilir ki, bu da may ayında verilən proqnozla müqayisədə 20 min barel azdır.
2027-ci ilin ikinci və üçüncü rüblərdə Azərbaycanda gündəlik neft hasilatı 520 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 20 min barel azdır.
Agentlik, həmçinin 2027-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 510 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə 20 min barel azdır.
21:58 09.06.2026
Oxunuş sayı: 45