Səhiyyə

Zaur Əliyev: İcbari Tibbi Sığorta səhiyyədə yeni dövr açır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə idarəçiliyində müasir prinsiplərin vacibliyini vurğuladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Bakıda keçirilən Səhiyyə İdarəçiləri Zirvəsində çıxış edərək səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Zaur Əliyev bildirib ki, son dörd ildə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə səhiyyə sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Onun sözlərinə görə, həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığorta tətbiqində fəal iştirak edirlər. Bu islahatın əsas məqsədi, tibbi xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etməkdir.

Zaur Əliyev, tibb müəssisələrinin rəhbərlərinin bir araya gələrək innovativ həllərin tətbiqi və səhiyyə sahəsindəki digər aktual məsələlərin müzakirə edilməsi üçün bu cür tədbirlərin vacib olduğunu vurğulayıb. O, səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımların əhalinin sağlamlığının qorunmasına və ümumilikdə səhiyyənin inkişafına töhfə verəcəyini qeyd edib.


Nihat Tahirov

09:04 18.12.2024

Oxunuş sayı: 5718

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR