Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
22:13 04.06.2026
Oxunuş sayı: 51