Muxtar Babayev: Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində səylər davam edir
İqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, havanın çirklənməsi, torpaqların deqradasiyası və resurs səmərəliliyi də daxil olmaqla, ortaq ətraf mühit çağırışlarının həllində praktiki və icrayönümlü regional əməkdaşlığın əhəmiyyəti artıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Özbəkistanın Səmərqənd şəhərində Ətraf Mühit üzrə 6-cı Nazirlər Toplantısında deyib.
"Bakıda keçirilən COP29-da, region miqyasında daha dayanıqlı və resurs baxımından səmərəli iqtisadiyyatlara ədalətli keçidi dəstəkləmək məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi ilə birlikdə resurs səmərəliliyi və dairəvi iqtisadiyyat üzrə RESCUE Təşəbbüsünü başlatdıq", - o bildirib.
M. Babayev Azərbaycanın Bakıda Təmiz Enerji Mərkəzinin yaradılması istiqamətində səylərini inkişaf etdirdiyini də qeyd edib.
19:50 03.06.2026
Oxunuş sayı: 50