Vəqf sədri: Türkiyədə Qərbi Azərbaycan məsələsi tarixi məsələ kimi qiymətləndirilir
Türkiyədə Qərbi Azərbaycan məsələsi tarixi məsələ kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver "Qərbi Azərbaycana qayıdış" mövzusunda keçirilən beynəlxalq konfransa deyib.
"Bu torpaqlar Sovet dövründə Ermənistana verilib. Topoqrafik ərazilərin adı saxtalaşdırılaraq erməniləşdirilib", -natiq bildirib.
O bunu erməni şovinizmi kimi qiymətləndirib: "Qərbi Azərbaycanla bağlı tədbirlərin keçirilməsi məqsədəuyğundur, amma kifayət deyil. Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmə çıxarılmalıdır".
14:42 03.06.2026
Oxunuş sayı: 69