Moskvanın Ermənistana dair açıqlaması gündəm oldu
Rusiya Xarici Kəşfiyyat Xidməti Moskva ilə İrəvan arasındakı münasibətlərin Avropa İttifaqının siyasi layihələrindən daha möhkəm olduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun yaydığı açıqlamada bildirilib ki, Rusiya və Ermənistan xalqları arasındakı tarixi, mənəvi və dini bağlar Avropa İttifaqının mövcudluq tarixindən qat-qat qədimdir.
“Bu baxımdan Avropa rəsmilərinə xatırlatmaq istərdik ki, Ermənistan-Rusiya münasibətlərinin tarixi Avropa İttifaqının tarixindən müqayisəolunmaz dərəcədə qədimdir. Qardaş xalqlarımız arasındakı mənəvi-dini əlaqələr istənilən siyasi texnologiya layihəsindən daha dərin və möhkəmdir”, – deyə açıqlamada vurğulanıb.
Rusiya XKX qeyd edib ki, iki xalq arasındakı əlaqələr çoxsaylı sınaqlardan keçib və Avropa İttifaqı nümayəndələrinin tənqidlərinə baxmayaraq gələcəkdə də davam edəcək.
14:50 03.06.2026
Oxunuş sayı: 55