SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir
“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, görüşdə SOCAR, “TotalEnergies” və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçiriblər. Bu xüsusda, SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.
18:29 01.06.2026
Oxunuş sayı: 41