Lukaşenko Kim Çen In haqqında danışdı: O, diktator deyil
Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen In barədə diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko Kim Çen Inın onda çox güclü təəssürat yaratdığını bildirərək onu ağıllı və perspektivli lider kimi xarakterizə edib.
Belarus lideri Şimali Koreyaya səfərini xatırlayaraq Kim Çen Inın idarəçilik üslubu ilə bağlı da fikirlərini bölüşüb.
“O, orada diktator deyil. O, mahiyyət etibarilə diktator ola bilməz”, – deyə Lukaşenko vurğulayıb.
Lukaşenkonun bu açıqlamaları beynəlxalq mediada müzakirələrə səbəb olub. Qeyd edək ki, Şimali Koreya uzun illərdir Qərb ölkələri və beynəlxalq insan haqları təşkilatları tərəfindən avtoritar idarəetmə modeli ilə tənqid edilir.
14:39 01.06.2026
Oxunuş sayı: 47