Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək - YENİLƏNİB
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 138 ton olan gübrə 1 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
10:10
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.
Crossmedia.az xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
14:09 01.06.2026
Oxunuş sayı: 59