Bəqayi: İranın nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunmur
İran-ABŞ münaqişələrin həlli ilə bağlı danışıqlar hazırda İranın nüvə proqramı ilə bağlı məsələləri əhatə etmir.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bunu ABŞ prezidenti Donald Trampın əks açıqlamalarına cavab olaraq bildirib.
"Bu mərhələdə biz müharibəni bitirməyə diqqət yetiririk. Zənginləşdirmə proqramı və ya zənginləşdirilmiş uranla bağlı ətraflı müzakirələr aparılmır", - deyə o, İran dövlət televiziyasında bildirib.
Bəqayi vurğulayıb ki, İran ABŞ-lə mesaj mübadiləsi aparmağa davam edir, lakin hələlik yekun razılaşmanın təsdiqlənməsi barədə heç bir söhbət yoxdur.
22:30 29.05.2026
Oxunuş sayı: 66